|
• DünyadaYəmən “dünyanın indiyədək görmədiyi aclıqla” üz-üzədirBMT-nin humanitar məsələlər üzrə rəhbəri xəbərdarlıq edib ki, Səudiyyə Ərəbistanı koalisiyası Yəmənə giriş limanlarına blokadanı qaldırmasa, bu ölkə “indiyədək dünyanın görmədiyi ən böyük aclıqla üzləşər, milyonlar buna qurban gedər”. Ahlibeyt.az-ın məlumatına görə, Madie.az beynəlxalq KİV-lərə istinadən bildirir ki, Mark Lowcock noyabrın 8-də BMT Təhlükəsizlik Şurasında qapalı brifinqdən sonra BMT-ni və humanitar yardım təşkilatlarını Aden və Sanaa şəhərlərinə daimi uçuşları dərhal bərpa etməyə çağırıb. O, həmçinin bütün limanlara dərhal çıxış tələb edib, özəlliklə ərzaq, yanacaq, dərman və digər vacib təchizatlardan ötrü. Qeyd edək ki, 2015-ci ilin martından Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində indiyədək 14 mindən çox dinc sakin həlak olub və ya yaralanıb. Hazırda ölkədə 20 milyon nəfər - əhalinin 70 faizinin humanitar yardıma ehtiyacı var. 3 milyon nəfər evini tərk etməyə məcbur olub. Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib. Xatırladaq ki, BMT Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanı Yəməndəki münaqişədə uşaqların qətlində və yaralanmasında təqsirkar olan təşkilatların siyahısına daxil edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Noyabr, 2017 14:49 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |