|
• DünyadaAvropalı xristian jurnalist Ərbəin yürüşünə qatılıbAvropalı xristian jurnalist Sebastiano Kaputu bu il ilk dəfə olaraq İtaliyadan Kərbəlaya gələrək Həzrət İmam Hüseynin(ə) Ərbəin ziyarəti mərasiminə qatılıb. İtaliyalı müxbir bildirib ki, məqsədi zəvvarların yürüşünün ən gözəl anlarını yaxından müşahidə etməkdərək mediada işıqlandırmaqdır . Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, Sebastiano Kaputu (Sebastiano Caputo) İtaliyanın "İL Giornale" qəzetinin(1974-cü ildən nəşr edilir) yazarı və müxbiridir. İraqda Sebastiano Kaputunu İqna-nın İtaliyan dili bölməsinin müxbir və tərcüməçisi müşayət edir. Qeyd olunur ki, jurnalist artıq Nəcəf şəhərinə çatıb və Ərbəin mərasimində iştirak edən milyonlarla zəvvara qoşulub. Bu il Aşura mərasimində Livanda əzadarlıq məclislərini işıqlandıran italiyalı jurnalist bu barərə deyir: Aşura günü Livanda idim.Ərbəin mərasimində də iştirak etməyi çox istəyirdim. Çünki böyük və əzəmətli ƏRBƏİN yürüşünü yaxından görmək və hiss etmək həvəsində idim. O deyir ki, yaxın gələcəkdə Əhlibeyt(ə) davamçıları barədə kitab yazacaq, bu məzhəbi tanıdacaq və İslam düşmənlərinin İŞİD kimi terroristlərdən istifadə edərək bu müqəddəs din barədə yaratdıqları yalnış şübhələri və fikri çaşqınlıqları beynəlxalq cameədə ortaya çıxaracaqdır. Sebastianonun 25 yaşı var. O, Suriyanın İŞİD işğalından azad edilmiş regionlarında da olub və arzu edir ki, bir gün İran İslam Respublikasınnın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei və general Qasim Süleymani ilə görüşsün.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Noyabr, 2017 15:19 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |