|
• Dünyadaİraq qüvvələri İŞİD-in ölkədəki son dayaq nöqtəsini azad edibİraq qüvvələri İŞİD-in ölkədəki son dayaq nöqtələrini nəzarət altına alıb.Əl-Qaim şəhəri və Suriya ilə sərhəddə yerləşən sərhəd buraxılış məntəqəsi azad edilib. Ahlibeyt.az-ın İraq mediasına istinadən məlumatına görə, bu barədə Əl-Qaim şəhərinin bələdiyyə rəisi açıqlma verib. Əməliyyatda İraq ordu qüvvələri və "Həşdi Şabi" könüllü silahlı briqadaları iştirak ediblər. Məlumata görə, onlar Suriya ilə sərhəddə yerləşən Əl-Qaim şəhərini tam azad ediblər. Ötən həftə İraqın baş naziri Heydər əl-Abadi Əl-Qaim şəhərinin azad edilməsi ilə bağlı əməliyyatın başlandığını bəyan etmişdi. O, şəhərin terrorçuların son dayaq nöqtəsi olduğunu bildirib. İraq ordu birliklərinin əməliyyatı zamanı ilk olaraq Huseybə sərhəd məntəqəsi ələ keçirilib, daha sonra şəhərin mərkəzinə doğru əməliyyat başlayıb.Müqavimət göstəməkdə çətinlik çəkən terrorçular Fərat çayına doğru qaçmağa başlayıblar. Açıqlamada bildirilib ki, artıq İraq torpaqlarında İŞİD işğalı altında heç bir ərazi qalmayacaq
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Noyabr, 2017 11:06 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |