إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Suriyada 200 silahlı hökumətə təslim olub

Təslim olma prosesi Hələbin şimalında baş tutub

Suriya hökuməti ölkədəki bir qrup silahlı üsyançıya təslim olmaq və mülki həyata qayıtmağa şərait yaradıb.

Ahlibeyt.az-ın İslamazeri.com-a  istinadla verdiyi xəbərə görə,orduya təslim olma prosesi Hələbin şimalında baş tutub.

"Suriyadakı Barışıq Mərkəzi və Suriya hökuməti Hələbin şimal hissəsində bir qrup qanunsuz silahlı qruplaşma üzvünün təxliyyəsi barədə razılığa gəliblər. Onlara təhlükəsiz keçid yaradılacaq, daha sonra barələrində amnistiya elan ediləcək. Silahlıların ümumi sayı 198 nəfərdir", - deyə Rusiya Müdafiə Nazirliyinin Barışıq Mərkəzinin mətbuat katibi Soslan Tseboyev jurnalistlərə açıqlamasında bildirib. Tseboyev qeyd edib ki, silahlılar hökumətin nəzarətində olmayan ərazidən hərəkət edərək təhlükəsizlik keçidində yoxlanılıblar. Onların hamısı silahsız olub və bir çoxu yaralı vəziyyətdə olub.

Bildirək ki, Suriya Prezidenti Bəşər Əsəd 2016-cı ilin iyulunda orduya təslim olan bütün silahlılar barədə ümumi amnistiy elan ediləcəyi barədə qərar qəbul edib.



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Noyabr, 2017  15:11 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!