إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bəşəriyyət tarixi böyük dəyişiklikliyin astanasındadır

İranda keçirilən Birinci "Gənclər və İslami Oyanış" konfransının 73 ölkədən olan 1200 nəfər təmsilçisi İranın Ali Dini Rəhbəri Hz.Ayətullah Seyyid Əli Xamenei ilə görüşmüşlər.

Tunis, Misir, Yəmən, Bəhreyn, Fələstin, Liviya və Livan nümayəndələrinin çıxışlarından sonra çıxış edən edən Ayətullah Seyyid Əli Xamenei müsəlman ölkələrinin cavanlarının İslam ümməti üçün böyük müjdələrin daşıyıcısı olduğunu bildirərək deyib ki, İslam ümmətinin cavanlarının oyanışı ümumən İslam ümmətinin oyanmasına ümidləri artırmışdır. Və bu oyanışın sayəsində İslam ümməti yenidən qüdrət və suverenitet tapacaqdır.

Bəşəriyyət tarixi böyük dəyişikliyin astanasında olduğunu bildirən Ayətullah Seyyid Əli Xamenei deyib: "Bəşəriyyət bütün məktəbləri, o cümlədən, marksizmi, liberal-demokratiyanı, milli sekulyarizmi praktikadan keçirmişdir və hal-hazırda böyük dəyişikliklərin astanasındadır. Və bunun əsas xüsusiyyəti millətlərin Böyük Yaradana diqqət yetirməsi, köməyi yalnız Ondan umması və Ona pənah etməsidir.".

Fasid, şeytani və təhlükəli sionist və imperialist qüvvələrin dünyaya hökmranlıq etmələrinə işarə edən Ayətullah Xamenei deyib ki, millətlərin imperialistlərdən asılı olan diktatorlara qarşı qiyam etməsi, dünyaya hökmranlıq edən sionist və imperialist qüvvələrin diktatorluğuna qarşı qiyamın bir hissəsidir. İnsanlıq həmin diktaturadan azad olunacaqdır ki, bu dəyişiklik ilahi vədəyə əsaslanmışdır və bunun nəticəsində millətlər hürriyyət qazanacaqlar və ilahi-mənəvi dəyərlər hökmranlıq edəcəkdir.

Dünyaya hakim kəsilən imperialist-sionist qüvvələrə qalib gəlməyin mümkünlüyünə inanmayanların sözlərinə işarə edən Ayətullah Xemenei bildirib ki, əvvəllər də Hizbullah gənclərinin sionistlərə qələbə çalmasına, Misirdəki tağutun süqut etməsinə, Şimali Afrikada dəyişikliklərin baş verməsinə və həmçinin İran İslam İnqilabının qazanmasına heç kim inanmırdı. Amma Allahın ali qüvvəsi bu qələbələrdə özünü göstərmiş oldu.

İlahi vədənin gerçəkləşməsilə sionistlər, Böyük Şeytan Amerika və Qərb dövlətləri İslami Oyanışın qarşısında zəifliklərini anlayırlar və bu zəiflik gündən-günə artacaqdır deyən vəliyyi-əmr vəl-muslimin deyib ki, ən əsası budur ki, biz bu qələbələri finiş qəbul etməməliyik və Allaha arxalanaraq dünya zalımlarına qarşı mübarizəmizi davam etdirməliyik.

İran İslam Respublikasının elmi-texniki tərəqqisinə toxunan Ayətullah Xamenei düşmənlərin maneələrinə baxmayaraq iranlı gənclərin tərəqqi etməsini bütün müsəlman gənclərinə dərs ola biləcəyini bildirib.

İmperialistlərin müsəlmanlara böyük imperiyalara və imperialistlərə qələbə qazanmağın qeyri-mümkünlüyü təlqin etməklə, onları 2 əsrə yaxın öz əsarətlərində saxladığını bildirən Ali Dini Rəhbər deyib ki,  amma artıq İslam ümməti oyanmışdır və bu fikirlərin əsassız olduğunu başa düşərək, İslam sivilizasiyasının yenidən qurulmasının mümkünlüyünü anlayıblar.

21-ci əsri İslam və mənəviyyat əsri adlandıran Ayətullah Xamenei İslamın millətlərə rasionallıq, mənəviyyat və ədalət bəxş etdiyini bildirərək deyib ki, İslamın insanları Allaha təvəkkül etməyə, cihad etməyə, hərəkət və əmək göstərməyə dəvət etdiyini bildirib.
İmperialistlərin Tunis, Misir, Liviya və digər müsəlman ölkələrindəki inqilablardan itirdiklərini kompensasiya etmək üçün müxtəlif hiylə və planlar qurduğunu deyən Ayətullah Xamenei bildirib ki, müsəlman xalqları, ən əsası isə gənclər ayıq olmalıdırlar. Və imkan verməməlidirlər ki, bu inqilablar və hədəfləri təhrif edilərək əsas məqsəddən yayındırılsın.

ABŞ və başqa İslam düşmənlərinin İrana qarşı qurduqları planlarla mübarizə İranın 32 illik təcrübəsinə toxunan Ayətullah Xamenei bildirib ki, imperialistlər bütün imkanları ilə İrana qarşı planlar qurdular amma indiyə kimi hər dəfə İran xalqı tərəfindən yağlı sillə almışlar və gələcəkdə də onlar yalnız məğlubiyyət və təəssüfdən başqa bir şey əldə etməyəcəklər.

Düşmənlərin İslam ümməti arasında təfriqə salmaq üçün tələlər qurduğunu diqqətə çatdıran Ayətullah Xamenei İslami Oyanışın sünni və şiə anlayışını qəbul etmədiyini diqqətə çatdıraraq hamının bir cərgədə mübarizəyə qalxdığını xüsusilə vurğulayıb.

Müsəlman xalqlarının müştərək prinsiplərinin olduğunu deyən Ali Dini Rəhbər həmçinin bir neçə fərqlərin, o cümlədən, coğrafi, tarixi və sosial fərqlərin olduğundan vahid nümunənin olmadığını xatırladaraq bildirib ki, amma bunlar əsas deyil. Əsas odur ki, müsəlmanlar hamılıqla sionistlərin və amerikalıların hökmranlığına qarşı çıxırlar və xərçəng şişi olan israilə təhəmmül edə bilmirlər.

Bölgədə baş verən hadisələrin meyarı barədə danışan Ayətullah Xamenei deyib ki, ABŞ və İsrailin mənafeyinə xidmət göstərilən bütün yerlərdə biz ayıq olmalıyıq və bunu xarici bir hərəkat olduğunu bilməliyik. Amma o yerdə ki, zülmə və fəsada qarşı cərəyan edən antisionist, antiimperialist hərəkatlar cərəyan edir, onu özümüzünkü bilməliyik.

Nümunə olaraq Ayətullah Xamenei Bəhreyndə cərəyan edən hadisələri misal gətirərək deyib ki, Qərb mətbuatı və ondan asılı olan mətbuat Bəhreyndə cərəyan edən İslami oyanışı sünni-şiə qarşıdurması kimi təqdim etmək istəyir ki, əslində Bəhreyn inqilabının digər ölkələrdə baş verən İslami oyanışı ilə heç bir fərqi yoxdur.

Qələbənin yalnız Allaha təvəkküldə, vəhdətdə və Allahın peyğəmbərinə(s) bildirdiyi kimi müqavimət və dəyanətində olduğunu xatırladan Ayətullah Xamenei deyib ki, İslam ümməti bu fərmanın əsasında öz yoluna davam edir.

İslam ümmətinin gələcəyinin aydın olacağını deyərək, İslam dünyasının maddi, qeyri-maddi və insani imkanlarına toxunaraq deyib ki, İslam ümməti bütün eynilik və fərqliliklərlə Allaha dəvətinin vahid qalxanının altında qərar tutublar. Və İslam ümmətinin gəncləri Allahın iznilə İslam ümmətinin qüdrət, şöhrət və iqtidarda olacağı günlərinin şahidi olacaqlar və bunu gələcək nəsillərə ötürəcəklər.

khamenei.ir

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Yanvar, 2012  04:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!