|
• DünyadaKərbəla şəhəri Ərbəin zəvvarlarını qarşılamaq üçün tam hazır vəziyyətdədir - Rəsmi açıqlamaİraqın yeddi əyalətinin rəsmiləri Kərbəlada toplantı keçirərək Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün hazırlıqlar barədə müzakirə aparıblar. Ahlibeyt.a-ın İqna-ya istinadən verdiyi xəbərə görə, toplanı qarşıdan gələn Ərbəin ziyarətində təhlükəsizlik tədbirlərinin icrası, məhdudiyyətlərin və maneələrin aradan qaldırılması məqsədi ilə keçirilib. Toplantıda İraqın əyalət məsulları, əyalət şuralarının rəisləri, şəhər merləri və İraq təhlükəsizlik qüvvələrinin rəislərinin iştirakı ilə baş tutub. Kərbəla şəhərinin əyalət şurasının rəisi Nəsif Xəttabi açıqlama verib ki, Kərbəla şəhəri Ərbəin zəvvarlarını qarşılamaq üçün tam hazır vəziyyətdədir. İraqın nəqliyyat nazirliyinin sözçüsü bildirib ki, zəvvarların daşınılması üçün bütün tərbirlər həyata keçirilib və ziyarətçiləri daşıyacaq nəqliyyatın sayı keçən ildəkinə nisbətən daha çoxdur: "Zəvvarları daşımaq üçün 650 avtobus ayrılmışdır ki, bunlardan bəzisi iki mərtəbəlidir. Bundan əlavə 33 min minibus, 450 yük maşını və 22 qatar zəvvarları daşıyacaqdır. Qeyd edək ki, İraq Kiv-lərirnin yaydığı məlumatlara görə,bu il ölkəyə Ərbəin ziyarətinə gələn xarici ölkə vətəndaşlarının sayında əvvəlki illərə nisbətən nəzərə çarpacaq dərəcədə artım var.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2017 17:15 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |