إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ərəb Dövlətləri Liqası Ehud Barakı xoşhal edib

Suriya prezidenti Bəşər Əsəd Ərəb Dövlətləri Liqasının hakimiyyəti müvəqqəti hökümətə təhvil vermək planını rədd etdikdən sonra Suriyada müşahidəçilik missiyasını dondurub.

Bu xəbərdən sonra sionist rejimin müdafiə naziri Ehud Barak radioya verdiyi müsahibəsində bu xəbərdən sevincini gizlətməyərək deyib ki, nəhayət ki, əsədin sonu çatmaqdadır və qüdrətini artıq əldən verməkdədir.

Ehud Barak deyib ki, çox sevinirəm ki, ərəb ölkələrinin başçıları Əsədi hakimiyyətdən uzaqlaşdırırlar. Amma daha sonra nələrin baş verəcəyini deyə bilmərəm. Tək onu deyə bilərəm ki, biz cərəyan edən hadisələri diqqətimizdə saxlayır və Əsəd rejiminin süqut etməsi üçün Livandan silah-sursatın ötürülməsini zəruri sayırıq.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Yanvar, 2012  01:23 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!