إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Şeyx İsa Qasim bir daha fətvasına təkid etdiyini bildirdi

Ayətullah Şeyx İsa Qasim dünən Cümə xütbəsində keçən həftə qadınlara əziyyət verən polis görsəniz, onlara hücum edin fətvasına təkid etdiyini bildirib.

Ayətullah Şeyx İsa Qasim deyib ki, bəziləri bizə irad tuturlar ki, bəs siz deyirsiniz ki, aksiyalarınız dinc xarakterlidir amma eyni zamanda xalqı zor işlətməyə dəvət edirsiniz. Onlara cavab olaraq deyirəm ki, aksiyalarımız dinc aksiyalardır. Amma bunun mənası o demək deyildir ki, biz namus və qeyrətimizə olan təcavüz qarşısında sükut etməliyik. Biz namus və qeyrətimizə qarşı edilən hər bir təcavüzə lazımi cavab verəcəyik. Namus və qeyrəti qorunmaq hamı üçün vacibdir.

Cümə xütbəsindən öncə Bəhreynin digər böyük alimlərindən olan Ayətullah Seyyid Abdullah əl-Ğureyfi Ayətullah Şeyx İsa Qasimin son fətvasına işarə edərək, bu fətvanın verilməsi dolayından şeyxə təşəkkür edib və bəhreynliləri bu fətvaya əməl etməyə səsləyib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Yanvar, 2012  20:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!