إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Heydər Əl-Abadi: İraq Kürdüstanında keçirilən referendum keçmişdə qaldı..

İraq baş naziri mətbuat konfransı keçirib

Ahlibeyt.az-ın  İslamazeri.com-a istinadən məlumatına görə, İraq baş naziri Heydər Əl-Abadi keçirdiyi mətbuat konfransında 25 sentyabrda İraq Kürdüstanında keçirilən referendumun qanunsuz  və qəbuledilməz olduğunu bildirib.

"Referendum artıq bitdi və keçmişdə qaldı. İraq bayrağı bütün iraqlılarındır və hər yerdə dalğalanması lazımdır. Daha əvvəl də bildirdiyim kimi, "federal idarəetmə hələ keçərlidir"  sözümdə durmaqdayam.", - deyə İraq baş naziri bildirib.

Daha sonra Əl-Abadi deyib: "Yaxın zamanda İraq və Suriya sərhədlərindəki bütün torpaqlarımızın azad ediləcəyini açıqlayacağıq. Sərhədlərimizi qanla deyil, sülh yolu ilə həll edəcəyik. Referendum qanunsuzdur və İraq Konstutusiyası çərçivəsində dialoqa hazırıq."

Heydər Əl-Abadi həmçinin İraq Kürdüstanının bayraqlarının yandırılması məsələsini də tənqid edib.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Oktyabr, 2017  16:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!