إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

DQİDK-nın təşkilatçılığı ilə Qubada yerləşən N saylı hərbi hissədə "Şəhadət" filmi nümayiş etdirilib

Oktyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Quba rayonunda yerləşən N saylı hərbi hissədə dini radikalizmlə və ekstremizmlə mübarizə yollarına həsr olunmuş tədbir keçirilib.

Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, ilk öncə hərbi hissənin şəxsi heyətinə DQİDK-nın sifarişi ilə ərsəyə gələn “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Filmdən sonra DQİDK-nın sədr müavini Səyavuş Heydərov geniş məruzə ilə çıxış edib. Sədr müavini çıxışında dini radikalizm və ekstremizmin yaranma yollarından, bu yola düşməmək üçün dini maariflənmə işinin təşkilindən bəhs edib. S. Heydərov daha sonra qeyd edib ki, “Şəhadət” sənədli filmi də maarifləndirmə işinin təşkili baxımından müsbət təsirə malik filmdir. Ona görə də bu sənədli film cəmiyyətin bütün təbəqələri üçün nümayiş etdirilməli və filmin mahiyyəti izah olunmalıdır. Natiq onu da deyib ki, Azərbaycan gənci dini radikalizmə meyillənməməli, Vətəndən uzaqda, özünə aid olmayan torpaqlarda, qeyri-qanuni silahlı birləşmələrin tərkibində vuruşmamalıdır. Bu cür yola düşən bir qrup gəncimizin acı taleyi hər birimiz üçün dərs olmalı, Vətənin azadlığı və bütövlüyü uğrunda canını fəda etmiş gənclərimizin həyat yolu isə bizlərə örnək olmalıdır.

Daha sonra hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Avtandil Budaqov çıxış edərək dini sahədə dövlətin həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulayıb. O bildirib ki, xidmət etdiyi hərbi hissədə şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir.

 

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Oktyabr, 2017  16:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!