|
• DünyadaMillət vəkili AŞPA-da azərbaycanlı köçkünlərdən danışıbMillət vəkili Qənirə Paşayeva AŞPA-da İordaniya ilə bağlı qətnamə layihəsinin müzakirəsi zamanı azərbaycanlı köçkünlərdən danışıb.
Ahlibeyt.az-ın məlumatına görə, Apa-nın Avropa bürosunun xəbərinə əsasən, millət vəkili qeyd edib ki, son illərdə İordaniyanın da daxil olduğu Orta Şərq coğrafiyasında insanlıq tarixinin ən böyük dramı yaşanmaqdadır:
“Suriyada davam edən daxili müharibə ilə birlikdə meydana gələn "köç dalğası"nın bölgəyə, əsasən də qonşu ölkə olan İordaniyaya öz dərin təsirini göstərib. Bu gün sayı on minlərlə olan suriyalı qaçqın İordaniyada yaşayır.
Türkiyədən sonra ən çox suriyalı qaçqını qəbul etmiş ölkə İordaniyadır.Bu səbəbdən həm Türkiyə, həm də İordaniya hökumətlərinə və iki ölkənin xalqlarına qaçqınlara göstərdikləri yardımdan dolayı təşəkkür etməliyik.
Torpaqlarının 20 faizinin işğal olunması səbəbindən 1 milyon insanı qaçqın və məcburi köçkün düşmüş bir ölkənin təmsilçisi olaraq qaçqın axınınına məruz qalan ölkələrin yaşadığı problemləri də çox yaxşı bilirəm. Sayı yüz minlərlə, milyonlarla olan qaçqınların həyatı əsas məsələ olduqda, qaçqın axınına məruz qalan dövlətin və hökumətin bütün proqramlarının həyata keçirilməsinə öz təsirini göstərir, prioritetləri dəyişir, qaçqınlar və onların problemləri gündəmdəki ilk sıranı tutur”.
Q.Paşayeva çoxlu sayda köçkünü olan ölkələrə dəstəyi artırmağa çağırıb: “İordaniyada olduğum müddət ərzində Suriyadan gələn qaçqınlarla da görüşdüm. Vətənini, evini, yurdunu tərk etmək bir insan üçün dözülməz bir acıdır. Bu insanların dərdlərinə çarə, acılarına əlac olmaq isə böyük fədakarlıqlar tələb edir. Bu səbəbdən Avropa ölkələri və qeyri-hökumət təşkilatlarının İordaniyaya dəstəklərini artırmaları lazımdır. İordaniya dini və etnik tərkibi etibarilə bu gün Avropa, dünya və insanlıq üçün çox önəmli olan "mədəniyyətlərarası dialoqda" fəal rol oynayan ölkələrdən biridir”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Oktyabr, 2017 15:38 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |