إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Arzu edənlər İranda keçiriləcək Quran müsabiqəsinə qatıla bilərlər

İranın Şiraz şəhərinin İƏT Gənclər Forumunun qərarı ilə 2017-ci il üçün İslam dünyası Gənclər Paytaxtı elan edilməsi  tədbirləri çərçivəsində Şiraz şəhər rəhbərliyi və İİR Gənclər Nazirliyi Beynəlxalq Quran müsabiqəsi təşkil edirlər.

Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə,nüsabiqə 29 oktyabr – 2 noyabr tarixində İranın Şiraz şəhərində 2 nominasiya üzrə keçiriləcək:

1. Quranın təcvid (kişilər üçün) və tərtillə (qadınlar üçün) oxunması

2. Hafizlər müsabiqəsi (Quranın 10 cüzünü əzbər söyləmək).

Tədbir iştirakçılarının müsabiqə müddətində bütün xərcləri (qarşılanma, qidalanma, yataq) təşkilatçılar tərəfindən qarşılanacaq. Eyni zamanda müsabiqəyə qatılmaq istəyənlərə 200 dollar həcmində (Şiraza çatdıqdan sonra) yol xərci də ödəniləcək.

İştirak üçün son müraciət tarixi - 15 oktyabr.

Azərbaycandan müsabiqəyə qatılmaq istəyənlər üçün:

https://www.oicyouthcapital.com/call-for-application-quran-recitation-contest-shiraz-oic-youth-capital-2017/

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Oktyabr, 2017  16:09 Çap

Bu bölmədə


Xəbər lenti















© 2017 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com