|
• DünyadaUNESCO-nun baş direktoru vəzifəsinə seçki başlayırAzərbaycanın UNESCO-nun baş direktoru vəzifəsinə namizədi Rusiyadakı səfir Polad Bülbüloğludur. Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu gün UNESCO-nun baş direktoru vəzifəsinə seçki başlayır.
Təşkilatın rəsmi saytının məlumatında bildirilir ki,qurumun İdarə Heyətinin oktyabrın 4-18-də keçiriləcək 202-ci sessiyası çərçivəsində oktyabrın 9-da günorta plenar iclasının sonunda ilkin gizli səsvermə aparılacaq. Əgər tələb olunan səs çoxluğu əldə edilməsə, gizli səsvermə oktyabrın 10-da, 11-də və 12-də eyni qaydada davam edəcək. Sonuncu turda da namizədlərdən heç biri lazımi qədər səs almazsa, oktyabrın 13-də ən çox səs toplamış iki namizəd yarışacaq və ən çox səs toplayan namizəd seçilmiş olacaq.
Baş direktorun namizədliyi İdarə Heyəti tərəfindən Baş Konfransa göndəriləcək və yeni baş direktor Baş Konfrans tərəfindən təsdiqlənəcək. UNESCO Baş Konfransının 39-cu sessiyası oktyabrın 30-dan noyabrın 14-dək Parisdə keçiriləcək. Qeyd edək ki, baş direktor 4 il müddətinə seçilir. Onun vəzifəsi daha 4 il uzadıla bilər. Azərbaycanın UNESCO-nun baş direktoru vəzifəsinə namizədi Rusiyadakı səfir Polad Bülbüloğludur. Digər 8 namizəd Vyetnamdan Fam Sanh Çau, Misirdən Mouşira Xattab, Qətərdən Hamad bin Əbdüləziz Əl-Kavari, Çindən Qian Tang, Qvatameladan Xuan Alfonso Fuentes Soria, İraqdan Saleh Əl-Həsnəvi, Livandan Vera Əl-Xouri Lacoeuilhe və Fransadan Odri Azulaydır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Oktyabr, 2017 15:18 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |