إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bərzani Kürdüstanın müstəqilliyindən imtina etməyə hazırdır

İraq Regional Kürdüstan Birliyinin rəhbəri Məsud Bərzani rəsmi Bağdadın sanksiyaları aradan qaldıracağı təqdirdə referendumun nəticələrini dondurmağa hazırdır.

Ahlibeyt.az-ın  məlumatına görə, FaktXəbər-in "Al-Arabiyya" telekanalına istinadən verdiyi xəbərə əsasən, bu barədə kürd liderlə aparılan danışıqların yekunu olaraq İraqın vitse-prezidenti Üsamə əl-Nuceyfi məlumat verib.

Əl-Nuceyfi qeyd edib ki, Məsud Barzani İraq hökuməti ilə dialoqa hazırdır.

Kürd liderlə İraqın vitse-prezidentləri Üsamə əl-Nuceyfi və Əyad Əllavi arasında danışıqlar 8 oktyabr tarixində aparılıb. Tərəflər Ərbil və Bağdad arasındakı ziddiyyətləri həll etmək üçün böhrandan çıxış yollarını müzakirə ediblər.

İraq baş nazirinin rəsmi nümayəndəsi Səəd Əl-Hədisi açıqlayıb ki, vitse prezidentlərin Məsud Bərzani ilə danışığı rəsmi Bağdadın mövqeyini əks etdirmir və bu görüş mərkəzi hökumətlə razılaşdırılmamış şəkildə baş tutub.

Ekspertlər hesab edir ki, İraq, Türkiyə və İran tərəfindən embarqoya məruz qalan Kürdüstan rəhbərliyi regionu idarə edə bilməyəcəyini görərək mərkəzi hökumətlə barışmaq niyyətindədir. Lakin bu barışıq zamanı Bərzaninin İraq hökumətindən yeni imtiyaz istəyəcəyi də heç kəsə sirr deyil. Buna qədər 2005-ci ildə də referendum keçirilərkən kürd lider rəsmi Bağdaddan Kürdüstana muxtariyyat verilməsinə nail olmuşdu. Bu dəfə Məsud Bərzaninin İraq hökumətən daha böyük imtiyaz istəyəcəyi və bu yolla regionun gələcək müstəqilliyinə zəmin yaradaacğı istista deyil.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Oktyabr, 2017  14:21 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!