إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Myanmada cəmi 300 min müsəlman qalıb

Arakan Rohinca-müsəlmanları İttifaqının bəyanat yayıb.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə, Myanma rejimi və radikal buddistlərin yerli müsəlmanlara - Rohinca xalqına qarşı zorakılığı artmağa davam edir. Adıçəkilən xalqın haqları pozulur. Bu haqda Arakan Rohinca-müsəlmanları İttifaqının bəyanatında deyilir.

61 qeyri-hökumət təşkilatının daxil olduğu İttifaqın rəhbərliyi Myanma hakimiyyətini Arakan əyalətində yaşayan müsəlmanların haqlarını qorumağa, onların məhv edilmiş kəndlərini bərpa etməyə səsləyib. Sənəddə həmçinin Arakana humanitar yardımın edilməsinə dair də çağırış var.

Qeyd etmək lazımdır ki, Myanmada yaşayan sözügedən xalq 1970-ci illərdən sistematik olaraq hücumlara və etnik təmizləmələrə məruz qalır. Sayı 2 milyon nəfərə çatan bu xalqın böyük əksəriyyəti qonşu ölkələrin ərazisinə sığınmaq məcburiyyətində qalıb. Hazırda Myanmada cəmi 300 min Rohinca-müsəlmanı qalıb.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Oktyabr, 2017  12:59 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!