إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rəsmi ər-Riyad: Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik

"Biz inanırıq ki, Moskva ilə ər-Riyad arasındakı ikitərəfli əlaqələr inkişaf etməyə başlayıb və yeni yüksək mərhələyə çatıb, hansı ki, bunu əvvəllər təsəvvür edə bilməzdik".

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com RT-yə istinadla xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr dünən rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

Suriya münaqişəsinə toxunan ərəbistanlı XİN rəhbəri bildirib ki, Suriyanın ərazi bütövlüyü qorunmalı və Moskvanın təşəbbüsü ilə Astanada baş tutan Suriyadaxili fraksiyalar arasındakı danışıqlar prosesinə dəstək göstərilməlidir.

Rusiya XİN rəhbəri Sergey Lavrov da öz növbəsində Səudiyyə Ərəbistanının Suriyadakı müxalifəti birləşdirmək cəhdlərini dəstəklədiyini və Krallıqla bütün sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını ifadə edib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Oktyabr, 2017  12:36 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!