إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Sistaninin dəftərxanası İraq kürdüstanındakı referendum haqda bəyanat verib

“İxtilaflı məsələlərin həlli üçün konstitusiyaya müraciət etmək lazımdır. Ayrılmaq, bölgü addımlarını atmaq və bunu fakt kimi göstərməyin zərəri kürd vətəndaşlarına dəyəcək və yaxşı olmayan sonluqla nəticələnəcək. Hətta bundan daha təhlükəli vəziyyətlə nəticələnəcək...Bu, müxtəlif region və dünya qüvvələrinin İraqın işinə müdaxiə edərək, vətənimizin əleyhinə olan mənafelərinə və maraqlarına zəmin yaradacaq.”

Ahlibeyt.az-ın "İslaninsesi"-nə istinadən məlumatına görə, bunu Ayətullah Sistaninin rəsmi nümayəndəsi və vəkili Ayətullah Seyid Əhməd əs-Safi Kərbəlada cümə namazı xütbəsində  bildirib.

Ayətullah Sistanin vəkili Ayətullah əs-Safi Kərbəlada İmam Hüseynin hərəmində xütbə zamanı  kürlərin istiqlaliyyət referendumuna görə təəssüf etdiyini bildirərək, bütün tərəfləri konstitusiyaya əməl etməyə çağırıb.

“Səbirli İraq xalqı İŞİD bəlasını ötürməmiş təəssüf ki, ölkəni bölən və şimalını ondan ayıran cəhdlərlə üzləşib. Mərcəiyyət həmişə İraqın ərazisinin və xalqının birliyini  tələb edib. Mərcəiyyət bütün gücü ilə, ölkədə məzhəbçiliyin, irqçiliyin aradan aparılması və bütün iraqlılar arasında bərabərliyin təmin edilməsi üçün çalışıb. İndi də hamını İraq konstitusiyasının ruhuna və bəndlərinə riayət etməyə çağırır… Mərcəiyyət Federal hökuməti və Regional hökuməti (muxtariyyət) Federal Məhkəməyə müraciət etməyə və onun qərarlarına boyun qoymağa çağırır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Sentyabr, 2017  17:58 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!