إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu axşam Məhərrəm ayı daxil olur - Günün əməlləri

Həzrət Peyğəmbər(s): "Hüseynin müsibətində ağlayan gözlərdən başqa bütün gözlər Qiyamət günü ağlayacaqdır".

Bu axşam -21 sentyabr şam azanı zamanı (gün batdıqdan sonra) Hicri qəməri təqvimi ilə Məhərrəm ayının 1- ci günü daxil olur.

Mühərrəm hüzn və kədər ayıdır.Məhərrəm və səfər ayı ərzində bir çox ölkələrdə olduğu kimi Azərbaycan müsəlmanları da əzadarlıq məclislərində iştirak edir, İmam Hüseynə (ə.s) və kərbəla şəhidlərinə matəm saxlayırlar.

Məhərrəm ayı İmam Hüseynin (ə.s.) matəm ayı olması ilə yanaşı, məhərrəm ayının ilk gecəsində yeni qəməri il başlayır.

Məhərrəm ayının ilk gecəsi 2 rükətli namaz qılmaq müstəhəbdir. Namazın “məhərrəm ayının ilk gecəsinin namazı” niyyəti ilə qılınır və hər rükətdə “Fatihə”dən sonra 11 dəfə “İxlas” surəsi oxunur.

İlk gecəni əhya saxlayıb ibadətdə keçirmək də müstəhəbdir. Bütün gecəni ayıq qala bilməyənlər bacardıqları qədər əhya saxlaya bilərlər.

Məhərrəm ayının ilk günü oruc tutmaq müstəhəbdir. Qəzası olmayanlar “məhərrəm ayının ilk gününün orucu” niyyəti ilə, qəzası olanlar isə qəza niyyəti ilə oruc tuta bilərlər.

Habelə, məhərrəm ayının ilk günündə də iki rükət namaz qılmaq müstəhəbdir. “Məhərrəm ayınını ilk günü” niyyəti ilə qılınan bu namazdan sonra 3 dəfə aşağıdakı dua oxunur:

«اللّهم انت الاله القدیم و هذه سنةٌ جدیدةٌ فاسئلك فیها العصمة من الشیطان و القوَّة علی هذه النّفس الامّارة بالسُّوء»

Allahummə əntəl ilahul qədim və hazə sinnətun cədidətun fəəs-əlukə fiha əl-ismətu min şeytan vəl quvvətu əla hazihin nəfsəl əmmarətə bissu.

“İlahi, sən əzəli və səxavətli Allahsan. Və bu yeni ildir. Səndən istəyirəm ki, məni şeytandan qoruyub pisliyə çağıran nəfsim üzərində qalib edəsən”.




Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Sentyabr, 2017  13:13 Çap

Bu bölmədə


Xəbər lenti















© 2017 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com