|
• Dünyadaİraq Ali məhkəməsi: İraq Kürdüstanının müstəqillik referendumu dayandırılsın - Qərar İraq Ali məhkəməsi İraq Kürdüstanının müstəqillik referendumunun dayandırılması barədə qərar qəbul edib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, APA-nın "Agence France-Presse" agentliyinə istinadən məlumatına əsasən, İraq Ali Federal məhkəməsi bu gün qərar çıxarıb.
Qeyd edək ki, İraq Kürdüstanı Yerli İdarəçiliyinin rəhbəri Məsud Bərzani sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib.
BMT baş katibi tərəfindən referendumun keçirilməsi ilə bağlı etiraz bəyanatı yayılıb. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M.Bərzani ilə görüşərək alternativ təklif irəli sürərək referendumu təxirə salmağa çağırıblar. İraq Kürdüstanının ali seçki qurumu isə Qərbin müstəqillik referendumunun təxirə salınması təklifini rədd edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Sentyabr, 2017 17:41 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |