إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Malayziyanın baş naziri - Myanmada müsəlmanlara qarşı tərədilənlər genosiddır

Malayziyanın baş naziri Nəcib Razak Myanmarda kompakt yaşayan Rohingya müsəlmanlarına qarşı baş verənləri etnik təmizləmə və genosid adlandırıb.

Ahlibeyt.az-ın məlumatına görə, Apa -nın "Channel NewsAsia" telekanalına istinadən verdiyi xəbərə əsasən , N. Razak bu bəyanatla Vaşinqton Strateji və Beynəlxalq Təhqiqatlar Mərkəzində çıxış edib.

O bildirib ki, dünya ictimaiyyəti baş verənlərə etinasız qalmamalıdır.

N. Razak Rohingya müsəlmanlarının məsələsini ABŞ prezidenti Donald Trampla da müzakirə etdiyini deyib.

"Tramp da Malayziya hökumətinin narahatlığını bölüşür", - deyə o qeyd edib.

Qeyd edək ki, Malayziya hökuməti bir qədər əvvəl Myanmardan qəbul etdiyi müsəlman qaçqınların sayını artırmağa  hazır olduğunu bəyan edib.

Hazırda Malayziyada Myanmardan olan 100 minədək qaçqın müsəlman var.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Sentyabr, 2017  13:42 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!