|
• Mənəviyyat • Mənəviyyatİstixarə insanın çaşqınllıq anında Allahdan çıxış yolu istəməsidirNə üçün bəzi ruhanilər deyirlər ki, evlənmək üçün istixarə etmək lazım deyil?
İstixarə insanın çaşqınllıq anında Allahdan çıxış yolu istəməsidir. Bir işin sonunun yaxşı ya pis olacağını heç cür təxmin etmək mümkün olmayanda istixarə etməyə icazə verilir.
Amma evlilik zamanı yeganə yol kimi istixarəni seçmək bəyənilmir. Çünki bir işin nəticəsini əlamətlərə və təcrübəyə görə qabaqcadan təxmin etmək mümkündürsə, istixarənin yeri yoxdur. Evlilik o qədər məsuliyyətli bir addımdır ki, insan bu addımı atmazdan qabaq ciddi şəkildə düşünməlidir.
Evlilikdən qabaq insan qarşı tərəfin xasiyyətini, əxlaqını, imanını, əsil-nəcabətini öyrənməli, xarici görünüşü barədə təsəvvür əldə etməli, onu tanıyanlardan soraqlaşmalıdır. Adətən bu yollarla qənaətbəxş cavab əldə etmək mümkündür. Bu deyilənləri etmədən və ya qarşı tərəf haqqında əldə etdiyi məlumatları gözardına vuraraq istixarə etmək ağıllı insana yaraşan hərəkət deyil.
Bu səbəbdən bəzi məşhur alimlərə evlilik məsələsində istixarə etmək təklif olunanda onlar imtina edirdilər.
Mənbə: İslam.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Sentyabr, 2017 13:09 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |