|
• Dünyadaİrandan Myanma hadisələri ilə bağlı sərt münasibətİran XİN və SEPAH(İslam İnqilabı Keşikçiləri Korpusu) Myanma hadisələrinə münasibət bildirib - Cümə namazından sonra ölkədə kütləvi etiraz aksiyaları keçirilib. Ahlibeyt.az.-ın İslamazeri.com-a istinadən məlumatına görə, İranın xarici işlər naziri Muhəmməd Cavad Zərif Rohinca müsəlmanları ilə bağlı dünya ictimaiyyətinə səslənib. O, “Twitter” səhifəsində yazıb ki, Myanmada müsəlmanlara qarşı törədilən vəhşiliklər qarşısında dünya ictimaiyyətinin susmağa haqqı yoxdur. “Nə qədər ki, gec deyil, düyna ictimaiyyəti tədbir görməli və Myanma müsəlmanlarını qorumalıdır.”, - deyə iranlı nazir vurğulayıb. Həmçinin, İranın İslam İnqilabı Keşikçiləri Ordusu da (Sepah) myanmalı müsəlmanlarla bağlı bəyanat yayıb və orada baş verənləri pisləyib. Sepah bildirib ki, məzlum Rohinca müsəlmanlarının səsini hər kəsə çatdırmaq İslam ümməti və nüfuzlu beynəlxalq strukturların borcudur. “Radikal buddistlər və Myanma ordusunun bu ölkədə yaşayan müsəlmanlara qarşı cinayətləri sübut edir ki, İslam dininə qarşı gizli razılıq əldə edilib. Əgər bunlara son qoyulmasa, bütöv bir xalqa qarşı törədilmiş daha bir dəhşətli soyqırım bəşəriyyət tarixində yer alacaq.”, - deyə bəyanatda qeyd edilir. Bəyanatda həmçinin deyilir ki, dünya ictimaiyyətinin məlum vəhşiliklərə qeyri-effektiv reaksiyası və beynəlxalq hüquq-müdafiə təşkilatlarının tam sükutu, o cümlədən belə cinayətlər törədənlərə qarşı tədbirlərin görülməməsi insanlığın ən böyük böhranı hesab edilir. İran mediasının məlumatına görə, cümə namazından sonra İranın şəhər və qəsəbələrində Myanmada müsəlmanların kütləvi qətlə yetirilməsinə etiraz aksiyaları keçirilib. Myanma hökuməti əleyhinə şüarlar səsləndirib və müsəlmanlara qarşı törədilən cinayətləri pisləyib. Onlar beynəlxalq qurumlar və insan haqları təşkilatlarından Myanma müsəlmanlarına dəstək verməsini tələb ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Sentyabr, 2017 11:19 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |