إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bəhreyn şiələrinin nicatı və qələbə qazanması üşün təvəssül duası məclisi keçirilib

Dünən Ayətulllahul-Üzma Seyyid Sadiq Ruhaninin iştirakı ilə İmam Sadiq(ə) hüseyniyyəsində İmam Rzanın(ə) şəhadətinin ildönümü münasiətilə əzadarlıq məclisləri keçirilib.

Səhər tezdəndən başlayan məclis günorta Seyid Sadiq Ruhaninin imamətilə əda olunan günorta namazları ilə sona çatıb. Axşam namazlarından sonra başlayan əzadarlıq məclisi isə ilk öncə Təvəssül duası ilə başlayıb ki, Ayətullah Sadiq Ruhaninin istəyi ilə Təvəssül duası Bəhreyn şiələrinin nicatı və qələbə qazanması üçün edilib. Daha sonra Təbrizdən təşrif buyurmuş məddah və əzadarların iştirakı ilə Şami-qəriban məclisi keçirilib.

Qeyd edək ki, Ayətullah Seyyid Sadiq Ruhani İmam Sadiq(ə) hüseyniyyəsində hər il Məhərrəm və Səfər məclislərinin bir gününü azərbaycan dilində təşkil edir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Yanvar, 2012  18:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!