|
• Dünyadaİraq ordusu İŞİD-in nəzarətində olan Təlafəri bombalamağa başlayıbİraq ordusu hazırda terrorçu İŞİD qruplaşmasının nəzarəti altında olan tükmənlərin məskunlaşdığı Təlafər bölgəsini bombalamağa başlayıb. Ahlibeyt.az-ın Report-a istinadən verdiyi xəbərə görə, məlumatı xarici KİV-lər yayıb. Qeyd edək ki, Təlafər İraqın Mosul əyalətinin rayonlarından biridir və Mosul şəhərindən 60 km. qərbdə yerləşir.Bölgə əhalisinin əsas hissəsini yerli kərkük-türkmənləri təşkil edir. Onlar Azərbaycan türkləri sayılırlar. Səddam Hüseynin hakimiyyəti illərində Təlafərdə də milli assimilyasiya siyasəti yürüdülüb, türkmənlər öz yurdlarından köçməyə məcbur qalıblar. Bölgə 100-dən çox türkmən kəndləri ilə əhatə olunub. Son illər terrorçu “Əl-Qaidə”nin Təlafərdə olması adı altında İraqın şimalındakı kürd muxtariyyətinin silahlı dəstələri (“peşmərgə”) və ABŞ hərbçiləri 8 dəfə rayona birgə hücum edib. Bundan başqa kürd terrorçuları və “peşmərgə” türkmənlərə yaşadıqları ərzaini tərk etmələri ilə bağlı müxtəlif təzyiqlər edib. Bu hücum və təzyiqlər nəticəsində bölgə əhalisinin sayı azalaraq, 170 min nəfərə enib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Avqust, 2017 12:10 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |