إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanda kilsənin həyətində məscid tikiləcək

Məsciddə həmçinin kitabxana da fəaliyyət göstərəcək.

Tbilisidə fəaliyyət göstərən Evangilis-Baptist kilsəsinin həyətində yeni məscid tikiləcək.

Ahlibeyt.az-ın “Report”a istinadən məlumata görə, bunu Evangilis-Baptist kilsəsinin baş yepiskopu Malxaz Songuluşivi bildirib.

O deyib ki, kilsənin həyətində üç səmavi dinin ibadət ocaqlarının tikilməsi barədə qərar qəbul olunub. Kilsənin sol tərəfində sinaqoq, sağ tərəfində isə məscid tikiləcək.

Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbərliyi bu tolerant ideyanı dəstəkləyib.

Avqustun 3-də məscidin təməlqoyma mərasimi olub və müsəlman dini icmalarının rəhbərləri mərasimdə iştirak ediblər.

Bildirilib ki, yeni tikiləcək məscidin uzunluğu 8, eni 5 metr olacaq. Məsciddə həmçinin kitabxana da fəaliyyət göstərəcək.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Avqust, 2017  11:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!