|
• Dünyadaİraq ordusundan İŞİD-ə qarşı yeni genişmiqyaslı əməliyyatİraq güc strukturları Mosul şəhərindən qərbdə yerləşən Təl-Afər şəhərində İŞİD terrorçularına qarşı əməliyyat başladıb. Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un “Rudaw” telekanalına istinadən verdiyi xəbərə əsasən, İraq güc strukturları Mosul şəhərindən qərbdə yerləşən Təl-Afər şəhərində İŞİD terrorçularına qarşı əməliyyat başladıb. “Əməliyyat dünən başlayıb. Federal hökumət qüvvələrinin komandirləri bildiriblər ki, Təl-Afər rayonunda yerləşən 18-ə yaxın kənd azad edilib.”, - deyə İraq Kürdüstanı Silahlı Qüvvələrinin - "Peşmərqə" Baş Qərargah rəisi Cabbar Yavər qeyd edib. İraq ordusunun zabiti Fəhd Abdulla Taainin sözlərinə görə, içərisi əsgərlərlə dolu olan təqribən 100 tank və zirehli maşın şəhərdən 40 km uzaqlıqda hazır vəziyyətə gətirilib. Əməliyyatda təxminən 40 min hərbçinin iştirakı planlaşdırılır. Xatırladaq ki, İraqın Baş naziri Heydər əl-Abadi daha əvvəl bildirmişdi ki, Mosul şəhərindən sonra hədəf Təl-Afər olacaq. Adıçəkilən şəhər də eyni qətiyyətlə azad ediləcək. İraqlı general Haləf qeyd edib ki, şəhər perimetri üzərində nəzarət üçün əməliyyat zamanı şiə könüllülərdən də istifadə ediləcək. Generalın fikrincə, hazırda şəhərdə ailələri ilə birgə təxminən 1000 İŞİD terrorçusu var. Həmin terrorçuların bir qismi buraya Mosuldan gəlib. “Təll-Afərdə dinc sakin yoxdur. Yeganə dinc insanlar İŞİD terrorçularının ailə üzvləridir.”, - deyə o bildirib. General Haləf və Cabbar Yavərin fikrincə, şəhəri 2 həftə içərisində azad etmək olar. Buna səbəb isə İŞİD terrorçularının aşağı düşmüş ruh yüksəkliyi və şiə könüllülərin terrorçuları 5 aydır müharisədə saxlamasıdır. Xatırladaq ki, adıçəkiəln şəhər Mosuldan 50 km qərbdə yerləşir və terrorçuların Suriya ilə sərhəddə yerləşən son ciddi istinadgahı hesab edilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Avqust, 2017 13:46 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |