|
• Dünyada“Ərəb dördlüyü” Türkiyənin “yardım əlindən” imtina etdi“Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahdan başqa heç bir vasitəçi yoxdur." Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, iyun ayının 5-i Qətərlə münasibətlərinə xitam vermiş ərəb 4-lüyü rəsmi Doha ilə olan böhranın həlli prosesində vasitəçi kimi çıxış etmək istəyən Türkiyə və ABŞ-ın “yardım əlindən” imtina edib. Bəhreyn xarici işlər naziri Xalid bin Əhməd əl-Xəlifə bildirib ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn vasitəçi qismində ancaq Küveyti görürlər. “Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahdan başqa heç bir vasitəçi yoxdur. O, böhranın ən əvvəlindən bu qismdə çıxış edir. Hər kəs də onu dəstəkləyir. Ümid edirik ki, onun missiyası uğurla nəticələnəcək.”, - deyə o bildirib. Xatırladaq ki, daha əvvəl Türkiyə və ABŞ Qətər böhranının həllində vasitəçi kimi çıxış etmək istədiklərini dilə gətirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət katibi Reks Tillerson bu məqsədlə bir sıra Yaxın Şərq ölkələrini ziyarət ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Avqust, 2017 12:13 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |