|
• DünyadaSuriya ordusu və "Hüzbullah" qüvvələrindən terrorçulara ilk ağır zərbəLivan-Suriya sərhədində terrorçulara qarşı genişmiqyaslı əməliyyat başladılıb. Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatına görə, “Reuters”in məlumatına əsasən, Livanın “Hizbullah” hərəkatı Suriya ordusunun dəstəyi ilə Livan-Suriya sərhədindəki terrorçuların mövqelərinə hücuma keçib. Əməliyyatın hərbi komandanlığının nümayəndələri bildirirlər ki, əməliyyatın məqsədi Livanın Ərsal şəhərinin rayonu və Suriyanın Qələmun dağlıq rayonunda “Nusra Cəbhəsi” terrorçularının işğalı altında olan ərazilərin təmizlənməsidir. Əməliyyatın hazırlıq mərhələsində, terrorçuların Livanın dərinlilərinə doğru qaçmasının qarşısını almaq üçün Livan ordusu Ərsal rayonuna əlavə hərbi qüvvə göndərib. Artıq qeyd edilir ki, “Hizbullah” döyüşçüləri və Suriya hərbçiləri Flita rayonundakı “Tel-Burkan” yüksəkliyini terrorçulardan azad edib. Terrorçular ağır itkilər veriblər və geri çəkilirlər. “Hizbullah” Kənzəh rayonu və Kariyə dərəsi istiqamətində irəliləməyə davam edir. Xatırladaq ki, 2014-cü ilin avqust ayında İŞİD terrorçuların və onların müttəfiqləei Ərsala soxulublar. Lakin işğalçı qüvvələr tezliklə Livan ordusu tərəfindən məğlub edilərək, geri çəkilməyə məcbur ediliblər. Ərsal uğrundakı döyüş Livan ərazisində İŞİD terrorçuları ilə baş vermiş ən böyük toqquşmalardan biri oldu.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 İyul, 2017 13:01 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |