إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri Aşqabadda görüşəcəklər

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Qurbanqulu Berdımuhammedovun üçtərəfli görüşü bu ilin sonuna təyin edilib.

Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyənin Aşqabaddakı səfiri Mustafa Kapucu məlumat verib.

Bildirilib ki, üçtərəfli görüşün Türkmənistanda keçirilməsi planlaşdırılır.

Görüş zamanı Türkmənistan qazının Xəzər dənizi və Azərbaycandan Türkiyəyə, oradan da Avropaya nəqli məsələsi müzakirə olunacaq.

“Biz görüşün hələ ötən il keçirilməsini planlaşdırmışdıq, daha sonra görüş bu ilə təxirə salındı. Prezidentlərin görüşündən əvvəl hazırlıq işlərinin aparılması üçün xarici işlər nazirləri və energetka nazirlərinin görüşü keçirilməlidir.”, - deyə səfir bildirib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyul, 2017  13:15 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
MyCounter - счётчик и статистика