إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Şiələrin İraqda qüdrət tapmamaları üçün hazıram 250 mlrd dollar məsrəf edim!

Son zamanlar Səudiyyə Ərəbistanının İraqda vahhabi qruplaşmalarını himayə etməsi daha da artmışdır və bu bir neçə dəfə İraq rəsmiləri tərəfindən də səslənmişdir. əl-Ələm telekanalının rəsmi saytının verdiyi məlumata görə isə Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdül-Əziz özü şəxsən İraqda cərəyan edən hadisələrə nəzarət edir.

Beləki, o Səudiyyə Ərəbistan Milli Təhlükəsizlik Ali Şurasının rəhbəri Bəndər bin Sultan və Xarici İşlər naziri Səud əl-Feysəldən İraq və Livanda şiələrin qüdrət tapmalarına və İranın həmin ölkələrdə vəziyyəti öz əlinə almasına qarşı bütün lazımi imkan və vasitələrdən istifadə etməyi tapşırıb.

Saytın verdiyi məlumata görə, ölkə rəsmilərilə keçirilən görüş zamanı Kral Abdulla deyib ki, vaxtilə biz Səddam Hüseynə İran-İraq müharibəsi zamanı 20 mlrd dollar kömək etdik və bu səbəb oldu ki, İran 1982-ci ildə İraqa qalib gələ bilmədi. Halbuki buna az qalmışdı. Bundan əlavə 1991-ci ildə şiələrin İraqda qiyam etdikləri zaman Səddama etdiyimiz sayəsində Səddam həmin qiyamı yatızdırmağa müvəffəq oldu. Hal-hazırda da mən 250 mlrd dollar xərcləməyə hazıram, təki şiələr İraqda qüdrət tapa bilməsinlər. Çünki bunu birbaşa hökümətimiz üçün təhlükə hesab edirəm.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Yanvar, 2012  04:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!