إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyə Ərəbistanı məktəbli qız şagirdlərlə bağlı qərar qəbul etdi

Ərəb krallığınınTəhsil Nazirliyi məktəbli qızların idman dərsində iştirakı ilə bağlı qərar qəbul edib

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı rejiminin Təhsil Nazirliyi yeni qərar qəbul edib. Qərara əsasən, məktəbli qızlara da bədən tərbiyəsi dərslərində iştirak etməyə icazə veriləcək. Qərar artıq növbəti təhsil ilindən qüvvəyə minəcək.

Yerli KİV-lər qeyd edir ki, qız uşaqlarının bədən tərbiyəsi dərslərində iştiakını hələ də qəbuledilməz hesab edən insanların olduğu bir ölkədə atılmış bu cür addım ölkənin sosial islahatlar istiqamətində hərəkət etdiyini göstərir.

Qeyd etmək lazımdır ki, qızlar üçün bədən tərbiyəsi dərslərinin yaradılması barədə qərar hələ 2014-cü ildə Səudiyyə Ərəbistanın Məshələhət Şurası tərəfindən qəbul edilib. Lakin o zaman, ölkədəki nüfuzlu alimlərin sərt tənqidləri səbəbi ilə qanun qüvvəyə minə bilməmişdi. Onlar bu qərarı “Qərb həyat tərzinin yayılması” adlandırmışdılar.

 

 


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 İyul, 2017  18:29 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!