|
|
Cocuq Mərcanlıya köç başa çatır - Daha 100 ev tikiləcəkBakıda məskunlaşan məcburi köçkünlərin Cəbrayılın Cocuq Mərcanlı kəndinə köçürülməsi başa çatıb. Ahlibeyt.az-ın məlumatına görə,bu barədə Modern.az-a Cəbrayılın Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov məlumat verib. X.Zeynalov Bakıdan köçən sonuncu sakinin özü olduğunu bildirib: “Əslində mən də ilk günlərdə gələcəkdim. Amma qərara əsasən Bakıdakı sakinlərimizin hamısı köçdükdən sonra qayıtdım”. Kənd rəsmisi indiyə qədər Cocuq Mərcanlıdan ayrı yaşadığı üçün özünü qınayıb: “Dünəndən kənddəyəm. Gecə o qədər gözəl idi kəndimiz. Sakitlik və rahatlıq hökm sürür. Fikirləşirəm ki, indiyə qədər Bakıda çox nahaq yerə qalmışam. Təmiz hava, su, işıq, hər bir şərait yerində”. X.Zeynalov deyib ki, yalnız Biləsuvarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi qalıb: “Biləsuvarda qalan 11 ailə də “Dövlətqaçqınkom”un göstərişilə bu gün ya da sabah köçürüləcək. Bununla da ilkin mərhələ üçün nəzərdə tutulan ailələrin köçürülməsi yekunlaşacaq”. Qeyd edək ki, birinci mərhələdə kənddə 10 hektarərazidə 50 fərdi evin və müvafiq infrastrukturuntikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonununCocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 İyul, 2017 14:11 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |