|
• Dünyadaİstanbulda QDİƏT-in xarici işlər nazirləri şurasının 36-cı iclası keçirilirİstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirləri şurasının 36-cı iclası işə başlayıb. Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Rəsmi açılışda Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız və QDİƏT-in baş katibi Maykl Kristidesin çıxışları dinlənilib. Çıxışlarda təşkilatın 25 illik fəaliyyətindən və perspektivlərdən bəhs olunub. Bir gün keçiriləcək iclasda Qara dəniz regionunda bugünkü vəziyyət, terrorizmə qarşı mübarizə, quruma üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsi yolları və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılacaq. İclasda nazir müavini Mahmud Məmmədquliyevin çıxışı nəzərdə tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyun, 2017 13:02 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |