|
• DünyadaTerrorçular Mosulda 8 əsrlik qədim məscidi partlatdı: “İŞİD məğlubiyyətini etiraf etdi” - ƏTRAFLIİŞİD terror təşkilatının "xilafət" elan edildiyi məscid məhv edilib. Ahlibeyt.az-ın verdiyi məlumatına görə, görə, İslamazeri.com-un Ria-ya istinadən verdiyi xəbərə əsasən, İŞİD terrorçuları İraqın Mosul şəhərinin baş məscidi olan “Ən-Nuri”ni partladıblar. Məscid şəhərin qərbində yerləşən “Qədim şəhər” ərazisindədir. Son zamanlar Qərbi Mosulda həlledici döyüşlər gedir. 2014-cü ilin iyul ayında İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi həmin məsciddə nitq söyləyib. O, oradaca beynəlxalq “xilafətin” yaradılmasını və özünü də onun başçısı elan edib. “İŞİD terrorçuları daha bir tarixi cinayətə əl atıblar: ən-Nuri məscidi və onun minarəsini partladıblar.”, - deyə İraq ordusunun mətbuat xidmətindən bildiriblər. Neynəva əyalətinin azad edilməsi üzrə əməliyyatın komandanının sözlərinə görə, İraq hərbçiləri şəhərin dərinliklərinə doğru irəliləyən zaman terrorçular adıçəkilən məscid və onun “əl-Hədba” adlı minarəsini partladıblar. Xatırladaq ki, ötən gün hərbi mənbədən bildiriblər ki, İraq hərbçiləri Mosulun baş məscidinin 100 metrliyində möhkəmləniblər. Qeyd edək ki, Mosul əməliyyatı 2016-cı ilin oktyabr ayından bəri ABŞ-ın başçılıq etdiyi koalisiyanın dəstəyi ilə davam edir. Hökumət qüvvələrinin “Qədim şəhər” kvartalında irəliləməsi çətinləşib. Terrorçuların simvolu
İŞİD lideri Əbu Bəkr əl-Bağdadi 2014-cü ildə məhz 800 il öncə tikilmiş ən-Nuri məscidini öz nitqi üçün seçmişdi. O, həmin məsciddə “xilafətin” yaradıldığını elan edib. Məscid və onun ərazisindəki “əl-Hədba” adlı “düşən” minarə o andan sonra terrorçuların simvolu olub. Hərbçilərin sözlərinə görə, hökumət qüvvələrinin məscidi öz nəzarətləri altına alması, terrorçuların ruh yüksəkliyinə güclü zərbə olardı. Şəhərin azad edilməsi üzrə əməliyyatın rəhbərləri öz gündəlik hesabatlarında məhz o məscidə doğru irəliləməni əməliyyatın uğuru kimi qiymətlədirirdilər. İraq hərbçilər daha əvvəl bildirmişdilər ki, İŞİD məscid ərazisində geri çəkilən zaman, hərbçilərə zərər vurmaq üçün oranı minalaya bilərlər.
İŞİD məğlub olduğunu rəsmi şəkildə etiraf etdi
İraqın Baş naziri Heydər əl-Abadi isə öz növbəsində bildirib ki, terrorçuların belə bir addım atması, onların rəsmi şəkildə öz məğlubiyyətlərini etiraf etməsidir. “Ən-Nuri” məscidi və “əl-Hədba” minarəsinin partladılması - onların məğlubiyyətinin rəsmi bəyanatıdır.”, - deyə əl-Abadi bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 İyun, 2017 11:21 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |