|
• DünyadaHindistanda nadir əlyazma Quran nüsxələri sərgisiHindistanın Rampur şəhərində yerləşən Rza (sa) kitabxanası Ramazan ayında çox sayda fərqli inanc mənsublarına ev sahibliyi etməkdədir. Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, Hindistanın Rampur şəhərində yerləşən Rza (ə) kitabxanasında Ramazan ayında keçirilən nadir əlyazma Quran nüsxələri sərgisi fərqli inanc mənsublarına ev sahibliyi etməkdədir. Rıza Kitabxanasındakı əlyazma Quran nüsxələrindən birisi 13-cü əsrdə məşhur Bağdadlı Xəttat Yaqut Əl-Mustasimi tərəfindən qızıl suyu ilə yazılıb. Bu Quran nüsxələrindən bəziləri dünyada ən qədim hesab edilə biləcək Quran nüsxələridir. 7-ci əsrdə Kufi xətti ilə dəri üzərinə yazılan və İmam Əliyə (ə) aid olduğu ehtimal edilən bir Quran nüsxəsi də bu sərgidə sənətsevərlərin qarşısında təqdim edilir. Bu nadir Quran nüsxəsini görmək üçün sərgidə sıraya düzülürlər. Bu sərgidə həmçinin 8-ci əsrdə yazılmış və imam Cəfər Sadiqə (ə) aid olduğu güman edilən bir başqa elyazma Quran nüsxəsi də vardır ki, bənzərsiz yazı tərzi ilə məşhurdur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyun, 2017 11:47 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |