|
• DünyadaTürkiyədə metroda qadın sərnişinlər üçün xüsusi vaqonlar ayrılacaqTürkiyənin Bursa şəhərində metroda qadın sərnişinlər üçün xüsusi vaqonlar ayrılacaq. Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, bu barədə şəhərin bələdiyyə başçısı Receb Altepe məlumat verib. Onun sözlərinə əsasən, qadın və kişilərin birlikdə səyahət edə biləcəkləri vaqonlar ləğv edilməyəcək, məqsəd, sadəcə, zərif cinsin nümayəndələrinin rahatlığının təmin edilməsidir: "Kişi və qadınların birgə gedəcəkləri vaqonların ləğv edilməsi müzakirə mövzusu belə deyil; burada rahatlığı ön planda tutmuşuq. İstəyən qadınlar arxa vaqonda rahat şəkildə səyahət edə bilsinlər deyə bunu edəcəyik." Bənzər vaqonların Avropa ölkələri, eləcə də ABŞ və Yaponiyada da olduğunu qeyd edən Altepe bəzi siyasətçilərin bunu mübahisə mövzusuna çevirdiklərini deyib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyun, 2017 19:12 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |