إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Nuru Həmədani Rusiyanın İİR-dakı səfirini və İƏT-dəki nümayəndəsini qəbul edib

Ayətullahul-Üzma Şeyx Nuri Həmədani Rusiyanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfirini və İslam Əməkdalıq Təşkilatındakı nümayəndəsini qəbul edib.

İlk öncə Ayətullah Nuri Həmədani bir müddət öncə Rusiyaya etdiyi səfərə toxunaraq Rusiyada hörmət və ehtiramla qarşılanması dolayından təşəkkür edib. Daha sonra Ayətullah Nuri Həmədani dünyada baş verən proseslərə işarə edərək deyib ki, İslam dini bütün dünyaya və insanlara aiddir və bu səbəbdən bu gün dünyada baş verən problemlərə cavab vermək iqtidarındadır.

Şeyx Nuri Həmədani deyib ki, Qərb camaatı bu gün iqtisadi problemlərlə üzbəüz qalıblar ki, İslam bunu həll etməyə qadirdir. Mərhum İmam Xomeyni Qorbaçova məşhur məktubunda da buna işarə edərək buyurmuşdu ki, sizin probleminiz iqtisadi çətinlik deyil. Sizin problemlərinizin səbəbi sizin dövlət quruluşunuz və sisteminizdir. Əgər İslama tərəf yönəlsəniz, İslam sizin problemlərinizi həll edər.

Təəssüf ki, bu gün bəzi ərəb ölkələri, o cümlədən, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və s. İslam təlimlərinin əksinə hərəkət edərək ABŞ-ın və müstəmləkəçilərin nökəridirlər deyən mərcei-təqlid bildirib ki, Suriya bu gün İsrailin müqabilində dayanıb, müqavimətə kömək etdiyinə və strateji əhəmiyyətə malik olduğuna görə onu bizdən ayırmaq istəyirlər. Əgər onların ürəkləri müsəlmanlar üçün belə yanırsa, niyə digər ərəb ölkələrindəki xalq inqilablarına yardım etmirlər?!

Həqiqi İlsam Hz.Rəsuləllahın(s) açıqlamışdır və şiələr də bunun ardınca gedirlər deyən Ayətullah Nuri Həmədani deyib ki, Misirin müftisi özü bildirmişdir ki, bəşəriyyətin yaşayışını idarə edə biləcək ən gözəl proqram Hz.Əlinin(ə) Malik Əştərə yazdığı trarixi məktubda bəyan edilmişdir.

Ayətullah Nuri Həmədani müsəlman ölkələrində insanların terror qurbanları olmasına toxunaraq deyib ki, Səudiyyə Ərəbistanı vahhabiliyin hamisidir və vahhabilərə dəstək verir və müsəlman ölkələrində insanların qətlə yetirilməsi həmin vahhabilərin əli ilə baş verir.

Dünyada baş verən İslami oyanışa da toxunan mərcei-təqlid deyib ki, biz gərək ayıq olaq ki, düşmənlər bu oyanışı müsadirə etməsinlər. Bunun üçün isə müsəlmanların vəhdəti zəruridir.

Gələcyin parlaq olacağına inandığını bildirən alim deyib ki, sonda haqq mütləq qalib gələcəkdir. Misir inqilabını biz başqa ərəb ölkələrində müşahidə edəcəyik. Və nə Bəhreyn kralı və nə başqa müsəlman rəhbərləri öz taxtlarında qalmayacaqlar. Çünki qan tökən hökümətlər Pəhləvi şahı və digər qan içən diktatorlar kimi süquta uğrayacaqlar.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Yanvar, 2012  01:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!