|
• Dünyadaİranda baş verən terror Tramp və onun müttəfiqlərinin ikiüzlülüyünü göstərdi - The Washington Post“İŞİD-ə bağlı olan terrorçular İran parlamentinə və ayətullah Xomeyninin türbəsinə qarşı mənfur hücum həyata keçirdilər. Azı 12 insanın həlak olduğu, onlarla şəxsin isə yaralandığı bildirilir”, - ABŞ-ın The Washington Post qəzetndə İşan Tharurun məqaləsi bu cümlə ilə başlayır. Məqalə müəllifi Ağ Evin terror hadisəsinə özünə məxsus tərzdə cavab verdiyni bildirir. “Ağ Ev istər Paris, istər London, istərsə də Filippində baş verən, İŞİD-lə bağlı terror hadisələrinə həmişə olduqca tez bir zamanda reaksiya verirdi. Lakin çərşənbə günü Tramp uzun saatlar boyunca olduqca şübhəli bir tərzdə susqunluğunu qorudu. Dövlət Departamentinin mətbuat katibi isə terrorçuların hərəkətlərini qınayan sadə və formal bəyanatla kifayətləndi. “Tramp susqunluğunu pozduğu zaman onun mesajı ABŞ diplomatlarının ifadə etmək istədiyi bütün xeyirxah niyyətlərin üstündən xətt çəkdi”, -Tharur yazır. “Bəyanatdakı cümlələrə baxın: “Biz İranda baş verəm terror aktlarının günahsız qurbanlarına görə kədərlənir və onlar üçün dua edirik. Xüsusilə vurğulamaq istərdik ki, terrorizmə sponsorluq edən ölkələr özlərinin yaratdığı şərin ağzına düşməyə məhkumdurlar” “İstənilən mənada zövqsüz və mərhəmətsiz səslənən və günahsız insanların ölümü ilə bağlı siyasi xal qoparmağa yönəlik bir bəyanatdır”, - məqalə müəllifi yazır. “Hətta Vaşinqton və Tehran arasında Tramp dövründə gərginləşən münasibətlərin fonunda belə ABŞ prezidenti beynəlxalq münasibətlərdə qəbul edilən bütün hüdudları aşıb. Hər halda iranlılar ABŞ-da baş verən terror aktları, hətta Orlandoda gey-kluba edilən hücumla bağlı bəyanat verərkən “böyük şeytana əcəb oldu” kimi ifadələr səsləndirməyib.
Tharur İranda baş verən terror aktından cəmi bir neçə saat sonra ABŞ Senatının İrana qarşı yeni sanksiyalar tətbiq etdiyini xatırladıb. Bir neçə demokrat senatorun səsverməni təxirə salamaq barədə təklifinə isə məhəl qoyulmayıb. “Vaşinqtonda yerləşən və Amerika ilə İran hökuməti arasında barışıq yaratmaq üçün qurulan ABŞ-İran şurası Ağ Evin bu bəyanatına hiddətlə reaksiya verib”, - jurnalist xəbər verir. Bəyanatda yeni administrasiyasnın insanlığını itirməyi belə gözə alaraq insanların əzabını başa düşmək iqtidarında olmadığı, habelə terrorizmlə mübarzəyə rəhbərlik etmək qabiliyyəti çatmadığı söylənilib. İtaliyanın İrandakı keçmiş səfiri Roberto Toskano da ölkənin “La Reppublica” qəzetinə verdiyi yazıda Ağ Evin son hadisə ilə bağlı mövqeyini sərt şəkildə tənqid edib. Keçmiş səfirin fikrincə, İran parlamentinə və Xomeyninin türbəsinə edilən hücum heç bir rejimin bu cür hadisədən sığorta olunmadığını göstərir.
“Bütün bunlardan yalnız bir dərs çıxarmaq mümkündür ki, qlobal sabitliyə və vətəndaşların təhlükəsizliyi üçün əsas təhdidə (İŞİD-ə-red.) qarşı ümumi cəbhə yaratmaq lazımdır. Lakin bu baş vermir. İŞİD-in öz ölkələrində belə daxili sabitliyi pozacağından narahat olan dövlətlər onu deyil, İranı baş təhlükə olaraq görürlər”. Toskano Trampı Səudiyyə Ərəbistanında verdiyi sözlər və mesajlara görə tənqid edib: “Əlbəttə, İranda baş verən terror aktı ilə Trampın Səudiyyə Ərəbistanındakı səfəri arasında birbaşa əlaqə qurmaq doğru olmaz. Lakin ziyarət zamanı verilən siqnal olduqca aydın idi: İran düşməndir və o əzilməlidir. Digər problemlər ikinci dərəcəlidir, bütün vasitələr xoşdur, bütün müttəfiqlər isə məqbuldur”. Toskano vəziyyətin nəzarətdən çıxa bilmə təhlükəsinin yarandığını qeyd edib. “Biz çoxsaylı və kəsişən münaqişələrin fazasına doğru gedirik. Bu gün beynəlxalq sistemimn idarəçiliyi üzərində nəzarətin itirilməsi terrozim üçün ideal panorama bəxş edir”. Məqalədə Almaniya xarici işlər naziri Ziqmar Qabrielin də eyni mövqedən çıcxış etdiyi xatırladılır. Alman nazir ölkəsinin Handelsblatt qəzeitnə verdiyi müsahibədə Qətərlə bağlı “tramplaşma” prosesini və körfəz ölkələrinə mliyardlarla dollarlıq ABŞ silahının satılmasını tənqid etmişdi. Ziqmar Qabriel sülühün dəstəklənməsi üçün İranla əlaqələri kəsmək yerinə onunla aktiv diplomatik kontaktın qurulmasının vacibliyini vurğulamışdı. Mənbə:Musavat.com Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyun, 2017 12:04 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |