إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İordaniya krallığından Qətərlə bağlı açıqlama

Daha bir ərəb ölkəsi - İordaniya da Qətərlə əlaqələrini kəsdi

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatına görə, İordaniya da Qətərə diplomatik təcrid tətbiq edən ölkələr sırasına qatıldığını açıqlayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir, Bəhreyn, Yəmən (Mənsur Hadi rejimi - red.), Liviya,Mavritaniya və Maldiv Adaları regiondakı təhlükəsizliyi təhlükəyə atdığı səbəbilə Qətərlə hər cür diplomatik münasibətləri kəsdiyini bildirmişdi.

Qətərlə diplomatik əlaqələrini kəsən ölkələr, Qətərdə olan vətəndaşlarına 48 saat içərisində ölkələrinə qayıtmaları çağrışını etmişdi. Digər tərəfdən, İordaniya Hökumətinin mətbuat katibi Məhəmməd əl-Mumami Doha mərkəzli "əl-Cəzirə"nin ("Al Jazeera") lisenziyasını da ləğv etdiyini bildirib.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyun, 2017  12:38 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!