|
• DünyadaSəudiyyə Ərəbistanı münasibətlərin normallaşdırılması üçün Qətərin qarşısına 10 şərt qoyubSəudiyyə Ərəbistanı münasibətlərin normallaşdırılması üçün Qətərin qarşısına 10 şərt qoyub və bu şərtlərin icrasına iyunun 6-sı axşam saatlarından başlayaraq 24 saat vaxt verib. Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, şərtlərin sırasında İranla diplomatik əlaqələrin dərhal kəsilməsi, “Müsəlman qardaşlar” və HƏMAS hərəkatlarının üzvlərinin ölkədən çıxarılması, onların bank hesablarının dondurulması və bu qruplaşmalarla heç bir əlaqə qurulmaması yer alıb. Bundan başqa Səudiyyə Ərəbistanı Qətərdən “Əl-Cəzirə” peyk telekanalının siyasətini və rəhbərliyini dərhal dəyişməyi tələb edib.Ər-Riyad tələb edir ki, kanalın yayımı Fars körfəzi ölkələrinin və ərəb dünyasının maraqlarına zidd olmamalıdır. Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək? Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan edib. Sonradan Liviya, Yəmən, Maldiv və Mavriki də Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan edib. Qətər XİN rəhbəri Dohanın cavab tədbirləri görməyəcəyini bəyan edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyun, 2017 11:37 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |