إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dörd müsəlman ölkəsi Qətərlə nəqliyyat və diplomatik əlaqələrini dayandırdı

Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn  və BƏƏ Qətər ilə diplomatik və konsulluq əlaqələrini kəsdiklərini bəyan edibər.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə.bu barədə Tass agentliyi məlumat yayıb.

Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, bu ölkənin terrorizmə dəstək verməsi və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Adı çəkilən dövlətlər Qətəri  "Əl-Qaidə" və İŞİD-də dəstək verməkdə ittiham ediblər.

İlk olaraq əlaqələrin dayandırılması barədə açıqlama Bəhreyn krallığı tərəfindən verilib.

Səudiyyə Ərəbistanı zəvvarlardan başqa Qətərin bütün vətəndaşlarından ölkəni tərk etmələrini tələb edib. BƏƏ-nin milli aviaşirkəti “Etihad Airways” sabahdan Qətərə həyata keçirdiyi aviareysləri dayandıracağını bəyan edib.

BƏƏ Qətərlə yaxın 24 saat ərzində bütün hava və dəniz əlaqələrini kəsəcəyini, bu ölkənin diplomatlarına BƏƏ-ni tərk etmək üçün 48 saat, digər vətəndaşlarına isə 14 gün vaxt verdiyini bildirib.BƏƏ vətəndaşlarına Qətərə səfər etmək qadağan edilib.

Bəhreyn özünün hava məkanını Qətərə məxsus təyyarələr üçün bağladığını,diz yollarının və naviqasiya sistemlərinin istifadəsinə qadağa qoyub.Qətərlə olan diplomatik münasibətlər dondurulub.

Eyni zamanda, Səudiyyə Ərəbistanının rəhbərliyi altında ərəb koalisiyası Yəməndə keçirilən əməliyyatda Qətərin iştirakını dayandırıb.

Analoji aşqlamalarla rəsmi qahirə də çıxış edərək bu ölkəni Misirdəki "Müsəlman-Qardaşları" terror təşkilatını maliyyələşdirməkdə və dəstəkləməkdə günahlandırıb.Misir hökuməti də Qətərlə olan bütün hava və dəniz əlaqələrini dayandırıb.

 

 


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyun, 2017  12:46 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!