إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycanda iki milyon altı yüz minə yaxın uşaq var - Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ( International Children's Day) - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb.Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub.

Ahlibeyt.az-ın Apa-ya istinadən məlmatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün AŞPA-nın Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında bildirib ki, Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, onların bir qisminin - qaçqın və məcburi köçkün uşaqlarının illərdən bəri doğma torpaqlarında, yurd yerlərində azad, sərbəst yaşamaq hüququnu təmin etmək indiyədək mümkün olmayıb:

"Azərbaycan-Ermənistan hərbi münaqişəsi zamanı 193 uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir: “Dövlətimiz münaqişə müddətində 210 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub, 61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb.

Komitə sədri bildirib ki, son illərdə  3 mindən çox orta məktəb, səhiyyə müəssisəsi, 40 olimpiya və gənclər mərkəzi tikilib: “Azərbaycanda uşaq hüquqlarının güclənməsi ilə bağlı vacib qanunlar qəbul olunub. Bunlar sırasında nikah yaşının 17-dən 18-ə qaldırılması var”.

Komitə sədrinin sözlərinə görə, ölkədə iki milyon altı yüz minə yaxın uşaq var.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 İyun, 2017  12:44 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!