إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dubay İslam iqtisadiyyatı üzrə prioritetlərini açıqlayıb

Dubay İslam İqtisadiyyatı İnkişaf Mərkəzi (DIEDC) Birləşmiş Ərəb Əmirliklərində İslam iqtisadiyyatının 3 strateji sektorunun adlarını açıqlayıb. Mərkəz sektorlarda nəzərə çarpacaq inkişafın yaşandığını bildirir.

Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, mərkəz 3 aparıcı sektor kimi İslam maliyyəsi, halal ticarət və əmirlikdəki İslam həyat tərzini sıralayıb.

BƏƏ iqtisadiyyat naziri və DIEDC sədri Sultan əl-Mənsuri məsələ ilə Dubay Dünya Ticarət Mərkəzində keçirdiyi konfransda açıqlamalarla çıxış edib. S.Mənsuri bildirib ki, mərkəzin 2017-2021-ci illər üçün strateji hədəfləri arasında bu sektorların ölkə daxilindəki payını artırmaq, həmçinin İslam iqtisadiyyatının bütün dünya üçün səmərəli statusunu daha da möhkəmləndirməsində Dubayın imicini daha da gücləndirmək mövcuddur.

“İstehlakçı və sərmayədarı bu sektorlara cəlb etmək üçün İslam iqtisadiyyatı ənənələrinin yayılmasında əldə etdiyimiz uğurlardan məmnununq. Dubay və BƏƏ dünyada artmaqda olan bu marağı nəzərə alaraq bu ənənələrin yayılmasında ciddi töhfələr verəcək”, - deyə Əl.Mənsuri qeyd edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 İyun, 2017  10:34 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!