إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyədə müstəqil Halal Akkreditasiya Qurumu qurulur

Türkiyə İqtisadiyyat Nazirliyi ölkə əhalisinin halal məhsullara olan tələbatını ödəmək, eyni zamanda belə mal və məhsullara halallıq sertifikatının verilməsi məqsədilə müstəqil qurum təsis edir.

Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə,bu barədə Türk mətbuatə məlumat yayıb.

Nazirlik tərəfindən Türkiyə Akkreditasiya Qurumuna bağlı olmayan müstəqil Halal Akkreditasiya Qurumunun yaradılmasını nəzərdə tutan qanun layihəsi işlənib. İqtisadiyyat Nazirliyi sözügedən layihəni aiddiyyəti qurumlara təqdim edərək müvafiq sektorların da müzakirələrdə iştirak etməsini təmin edib.

Türkiyə İqtisadiyyat Nazirliyindən belə bir qurumun zəruriliyi ilə bağlı verilən açıqlamada deyilir: “Dünyada təqribən 1,8 milyard müsəlman yaşayır. Müsəlmanların halal məhsullara və onların sertifikatlaşdırılmasına olan maraq və tələbatları getdikcə artır. Halal anlayışı əvvəllər yalnız qidalara aid edilirdisə, hazırda bu fenomen qida ilə yanaşı tekstil, kosmetika, daşınma və xidmət kimi sektorlar da daxil olmaqla çox geniş sahəni əhatə etməkdədir.

İslam Əməkdaşlıq Təşkilatının məlumatlarına görə, halal sertifikatlaşdırmaya şamil edilən sektorların dünya ticarətindəki həcmi 2,3 trilyon dollara çatıb. Halal anlayışının məhsulların istehsalından istehlakçıya qədərki bütün mərhələlərdə “təmiz, gigiyenik və keyfiyyət” kimi xüsusiyyətlərə də malik olması belə sertifikatlara tələbin getdikcə artaraq davam edəcəyinin göstəricisidir”.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 May, 2017  11:51 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!