إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ramazan ayında iftar süfrələrinin sadə olması məqsədəuyğundur - ilahiyyatçı

"Mübarək Ramazan ayının ilahi rəhmətlə dolu günlərini yaşayırıq. Bu müqəddəs ayda oruc tutmaq Allah tərəfindən vacib buyurulmuşdur. Ramazan ayında oruc tutan şəxslərə iftar vermək böyük savaba malikdir. Bəzən isə açılan iftar süfrələrində israfçılıqdan başqa bir şey olmur".

Ahlibeyt.az-ın məlumatına görə,bu sözləri Salamnews-a açıqlamasında ilahiyyaçı Hacı Mircəfər Əyyubov deyib.

Onun sözlərinə görə, iftar süfrələrində israfçılığa yol vermək haramdır: “Nəzərə almaq lazımdır ki, 16-17 saat ac qalan insanın birdən-birə iftar zamanı yüksək kalorili qidalar qəbul etməsi tibbi baxımdan da zərərlidir. Mənəvi cəhətdən isə iftar verilməsinin hamıya asan başa gəlməsi üçün sadə olması məqsədəuyğundur. Təbii ki, bu o demək deyil ki, xəsislik edəsən. Yox, əksinə, hər şeyi dəb halına salıb bu məsələdə yarışmaq məsləhət deyil”.

İlahiyyatçı bildirib ki, çox böyük savabı olan bu əməli normal həddə və israfdan uzaq şəkildə yerinə yetirmək məsləhət görülür: "Buna Həzrət İslam Peyğəmbərinin (s) bir hədisini də nümunə kimi göstərmək olar. Dəyərli peyğəmbərimiz (s) buyurur: “Bircə xurma ilə olsa belə, iftar verin”. Bu nöqteyi nəzərdən iftar süfrələrini mümkün qədər sadə vermək yaxşıdır. Nəzərə almaq lazımdır ki, əgər bu əməl israf həddinə çatsa, böyük günahlardan hesab olunar, savab qazanmaq əvəzinə günah etmiş olarıq".


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 May, 2017  13:15 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!