|
• DünyadaŞəkidə radikal təriqətçilər həbs olunubŞəkidə Azərbaycanı Müstəqil İslam dövləti kimi, Terrorizm və Müstəqil Müsəlman İcmalarını təbliğ edən bröşürlar aşkar edilərək götürülüb Azərbaycanda qanunla qadağan edilmiş radikal yönümlü dini təriqətlərlə məşğul olan şəxslər tutulub. Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən məlumata görə, Şəki Rayon (Şəhər) Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də qanunla qadağan edilmiş radikal yönümlü dini təriqətlərlə məşğul olan Şəki şəhər sakinləri Təsvirə Əhmədovanın, Mehdi Mehdiyevin, İlqar Qafarovun, Nəbi Babayevin və Söhrab Bəşirzadənin evlərinə baxış keçirilib. Bu zamanı oradan 100-ə yaxın dini kitab, 80 adda müxtəlif dini təriqətlərin yayımı üçün nəzərdə tutulmuş bröşürlar, 100-ə yaxın kitabçalar, 20 ədəd disk, 7 ədəd audio-video kassetlər, 100-ə yaxın dini ayələr, o cümlədən Azərbaycan dövlətini Müstəqil İslam Dövləti kimi, Terrorizm və Müstəqil Müsəlman İcmalarını təbliğ edən bröşüralar aşkar edilərək götürülüb. Daşüz kənd məscidində isə 12 azyaşlı qızın dini təriqətlə məşğul olmaları da müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır. apa.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Yanvar, 2012 20:21 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |