|
• DünyadaƏrbəini bu əzəmətlə qeyd etməyiniz düşmənləri naümid, dostları isə ümidvar etdiAyətullahul-Üzma Şeyx Safi Gülpəyqani Ərbəin mərasimində milyonlarla zəvvarın Kərbəlada iştirakını alqışlayaraq müraciət ünvanlayıb. Müraciətinə Qurani-Kərimin Fussilət surəsinin "Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin" ayəsi ilə başlayan mərcei-təqlid İraq xalqını şücaətli və mömin adlandıraraq və onları Əhli-Beytin(ə) müxlis şiələri adlandırıb. Allahın salam və rəhməti sizin üzərinizə olsun ki, dünyaya İmam Hüseyn(ə) məktəbini tanıtdırırsınız və bununla düşmənləri naümid, dostları isə ümidvar edirsiniz deyən mərcei-təqlid bildirib ki, siz Ərbəində iştirakınızla haqqı, imanı və vicdanı dəstəkləmiş olursunuz və Şəhidlər Sərvərinin amallarını dünyaya tanıtdırmış olursunuz. Ayətullah Safi deyib ki, sizlərə afərin olsun ki, İslami vəzifənizə bu cür əməl edirsiniz. Siz piyada Kərbəlaya getdiyiniz zaman sizin yolunuzun üzərinizdə məleykələr öz qanadlarını açmışdılar. Kaş mən də sizinlə birgə bu şərəfə layiq olardım. Sizinlə bir yerdə "Ləbbeykə ya Hüseyn" şüarı deyərdim və sizin qədəmlərinizin altındakı torpağı gözümün tutiyası edərdim. Yaxından və uzaqdan milyonlarla zəvvarın Kərbəlada iştirak etməsini İmam Hüseynin(ə) adının, yolunun və amallarının dünya olduqca yaşayacağını dünyaya bəyan etmək olduğunu bildirən böyük alim Ərbəin günü Bəsrə şəhərində və digər məntəqələrdə nasibilər və bəşəriyyət düşmənləri tərəfindən şəhid olanların Qiyamət günü Şəhidlər Sərvəri ilə məşhur olacaqlarını deyib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Yanvar, 2012 04:36 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |