إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Franko Kardini: İmam Hüseyn(ə) dünyaya fədakarlıq öyrətdi

Məşhur italyan tarixçisi, Florensiya institutunun professoru Franko Kardini İRİB telekanalına müsahibəsində bildirib ki, Qərb dünyasında İmam Hüseyn(ə) şəxsiyyətində adam yoxdur. Elə bir şəxsiyyət yalnız şiələrə aiddir. Və buna görə şəhadət məktəbi İslamda yalnız şiələrə məxsusdur.

Franko Kardini əlavə olaraq deyib: "Qərb dünyasında İmam Hüseyn(ə) kimi rəşadətli, şücaətli fədakar və özünü qurban vermiş bir şəxs yoxdur. İmam Hüseyn(ə) öz şəhadətilə dünyaya fədakarlıq və mərdlik öyrətdi".

Qeyd edək ki, orta əsrlər tarixinin tədqiqatşısıolan Franko Kardini Florensiya, Bari, Höttingen, Vena, Madrid, Barselona, Boston, San-Paulu, Yerusəlim və Dəməşq Universitetlərində təhsil almışdır. O, orta əsrlər tarixi haqqında bir çox elmi kitabların müəllifidir. Franko Kardini həmçinin Əfqanıstan və İraq müharibələrinə qarşı olan şəxs kimi tanınınr.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Yanvar, 2012  02:39 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!