|
Komitə sədri: “Azərbaycanın dövlət-din münasibətləri modelini çökdürməyə çalışanlar var”“Azərbaycanın tarixən formalaşmış dövlət-din münasibətləri modelini çökdürməyə çalışanlar var”. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayı ilə bağlı keçirilən tədbirdə deyib. O bildirib ki, Azərbaycanın tarixən formalaşmış dövlət-din modelini təftiş etməyə çalışan, onu dəyişdirməyə çalışan qüvvələr var: “Hər kəs, xüsusilə dindarlar diqqətli olmalıdırlar. Azərbaycanın dövlət-din münasibətləri modelinin dəyişdirilməsinə cəhdlər radikal qruplara qarşı birgə mübarizəmizi zəruri edir. Çünki bizim tarixən formalaşmış modeli çökdürmək dini ənənələrimizi məhv etmək deməkdir. Ona görə də bu cür cəhdlərə qarşı birgə mübarizə aparılmalıdır”. Komitə sədri eyni zamanda bölgələrdə komitə əməkdaşlarının tədbirlərində QMİ nümayəndələrinin yaxından iştirakını da tövsiyə edib. O həmçinin xurafatla bağlı bəzi dindarlara irad da tutub: “Əgər dindar hər hansı məclisdə falçılıqdan, xurafata şamil olunan şeylərdən danışırsa, demək, o, dindar deyil”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 May, 2017 18:39 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |