|
• DünyadaHəsən Ruhani: "Tehranda Rusiya və Azərbaycanın iştirakı ilə beynəlxalq forum keçiriləcək"“Azərbaycanla əlaqələrimizi hökmən strateji səviyyədə davam etdirəcəyik”. Ahlibeyt.az-ın məlumatına görə,bu sözləri İran prezidenti, mayın 19-da keçirilmiş prezident seçkilərində qalib gələn Həsən Ruhani mayın 22-də keçirdiyi mətbuat konfransında APA-nın sualına cavabında deyib. Qarşıdakı 4 il müddətində Azərbaycanla əlaqələrin inkişafı yönündə hansı planlara malik olduğu barədə sualı cavablandıran H. Ruhani bildirib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdiyi gündən indiyədək əlaqələr yaxşı səviyyədə olub: “Prezident olduğum dövrdə əlaqələri ən yaxşı səviyyəyə qaldırdıq. Azərbaycan prezidenti ilə dəfələrlə görüşlərimiz oldu. Biz görüşləri ikitərəfli formatdan çıxarıb, üçtərəfli görüşlər də keçirdik. Rusiya prezidenti cənab Vladimir Putinin iştirakı ilə Bakıda üçtərəfli iclasımız oldu. Bu görüşlər inşallah, davam edəcək". İran prezidenti yaxın vaxtlarda Tehranda Rusiya və Azərbaycanın iştirakı ilə birgə beynəlxalq forum keçiriləcəyini açıqlayıb. O bildirib ki, forum Azərbaycan və Rusiya vasitəsilə İranı Avropa ilə birləşdirəcək dəmir yolu xəttinin inşasına dair olacaq: “İran hər iki ölkə ilə birlikdə bu sahədə işlərin davam etdirilməsini planlaşdırır. Sonda bildirməliyəm ki, Azərbaycan Respublikası o ölkələrdəndir ki, bizim həmin ölkə ilə əlaqələrimiz yaxşı qurulub və gələcəkdə bu əlaqələr strateji formatda hökmən davam etdiriləcək”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 May, 2017 11:32 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |